bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Proverbs 9
Proverbs 9
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Hikmət evini qurub,Yeddi dirəyini yonub,
2
Heyvanlarını kəsib,Şərabını hazırlayıb,Süfrəsini də düzəldib.
3
Göndərdiyi kənizlərŞəhərin uca yerlərindən car çəkərlər:
4
«Gəlin bura, ey cahillər!»Qanmazlara belə deyərlər:
5
«Gəlin, çörəyimdən yeyin,Hazırladığım şərabdan için.
6
Cəhaləti atın, ömür sürün,İdrak yolu ilə düz gedin».
7
Rişxəndçini tənqid edən özünü rüsvayçılığa salar,Şər adamı danlayan axırda ləkələnər.
8
Rişxəndçini danlama, yoxsa sənə nifrət edər,Müdrik insanı danlasan, səni sevər.
9
Hikmətliyə öyüd versən, hikmətini artıracaq,Salehə bilik öyrətsən, müdrikliyini çoxaldacaq.
10
Rəbb qorxusu hikmətin başlanğıcıdır,Müqəddəsi tanımaq idraklı olmaqdır.
11
Hikmətin vasitəsilə ömrün-günün çoxalar,Həyatına illər əlavə olar.
12
Əgər hikmət qazansan, özünə xeyir verərsən,Əgər rişxənd etsən, zərərini özün çəkərsən.
13
Axmaq qadın hay-küy salır,Cahildir, heç nə qanmır.
14
O, evinin qapısı önündə oturub,Şəhərin uca yerlərində kətil üstə əyləşib,
15
Yoldan ötənləri,Düz yolda olanları çağırır:
16
«Bura gəlin, ey cahillər!»Qanmazlara belə deyir:
17
«Oğurluq su şirin olar,Gizli yeyilən çörəyin başqa ləzzəti var».
18
Lakin yanına gələnlər bilməzlər ki,Orada ölüm var,Bu qadının çağırdıqları ölülər diyarının dərinliyindədir.
← Chapter 8
Chapter 10 →