bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Proverbs 18
Proverbs 18
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Tənhalığı sevən niyyətinin ardınca düşür,Sağlam şüura zidd gedir.
2
Axmaq dərrakəni deyil,Fikrini ortaya tökməyi sevir.
3
Şər insanla hörmətsizlik,Şərəfsizliklə rüsvayçılıq gələr.
4
Dilin sözlərindən dərin sular yaranar,Hikmət qaynağından çay axar.
5
Məhkəmədə salehi haqsız çıxarmaq üçünPis adama tərəfkeşlik etmək yaxşı deyil.
6
Axmağın dili münaqişəyə girişər,Ağzı özünü döydürər.
7
Axmağın ağzı onu bəlaya salar,Dili canına tələ qurar.
8
Qeybətçinin sözləri şirin tikələrə bənzər,Mədənin ən dərin yerlərinə düşər.
9
Ləng işləyən dağıdıcıya yoldaşdır.
10
Rəbbin adı qüvvətli bir qaladır,Saleh qaçıb ona pənah aparır.
11
Varlı üçün sərvəti ona qala şəhəridir,Öz gümanında özü üçün pənah hasarı tikir.
12
Ürəyin təkəbbürü əcəldən əvvəl gələr,İtaətkarlıq şərəfdən əvvəl gələr.
13
Eşitməzdən qabaq cavab verməkSəfehlik və rüsvayçılıqdır.
14
Xəstənin ürəyi bütün ağrıları çəkər.Amma ürəyi sınıqdırsa, buna necə dözər?
15
Dərrakəli ürək bilik qazanar,Hikmətlinin qulağı bilik axtarar.
16
İnsanın hədiyyəsi ona yol açar,Böyük adamların hüzuruna aparar.
17
İddiasını əvvəl deyən haqlı görünər,Amma əleyhdarı gəlib onu istintaq edər.
18
Püşk atmaq davaları yatırar,Savaşanları bir-birindən ayırar.
19
İncik qardaşın könlünü almaq qalalı şəhəri almaqdan daha çətindir,Belə davalar qapısı cəftəli qala kimidir.
20
İnsanın qarnı ağzının bəhəri ilə,Dilinin səmərəsi ilə doyar.
21
Ölüm və həyat dilin əlindədir,Onu sevənlər barından yeyir.
22
Arvad alan uğur qazanar,Rəbbin razılığını alar.
23
Yoxsul rəhm istəyər,Zəngin isə sərt cavab verər.
24
Dost çoxaldan öz-özünü yıxar,Amma qardaşdan daha yaxın dost da var.
← Chapter 17
Chapter 19 →