bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Proverbs 26
Proverbs 26
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Yay fəslinə qar, biçinə yağış yaraşmadığı kimiAxmağa da şərəf yaraşmaz.
2
Sərçənin ora-bura uçduğu kimi,Qaranquşun gəlib-getdiyi kimiNahaq qarğış da boşdur.
3
Ata qamçı, eşşəyə noxta necə yaraşırsa,Axmağın kürəyinə də kötək elə yaraşır.
4
Axmağa səfehliyinə görə cavab vermə,Yoxsa ona bənzərsən.
5
Axmağa səfehliyinə görə elə bir cavab ver ki,Öz gözündə hikmətli görünməsin.
6
Kim ki axmaq vasitəsilə xəbər göndərir,Öz ayaqlarını kəsib ziyan çəkənə bənzəyir.
7
Axmağın ağzından çıxan məsəlTopalın ayağının axsamağına bənzəyir.
8
Axmağı tərifləməkSapanda qoyulan daşa bənzəyir.
9
Sərxoş tikanlı budağı əlində tutduğu kimiAxmaq da məsəl çəkər.
10
Axmağı, hər yoldan ötəni muzdla tutanHamını yaralayan naşı oxatan kimidir.
11
Hansı axmaq öz səfehliyini təkrarlayırsa,Qusduğuna qayıdan itə oxşayır.
12
Öz gözündə hikmətli sayılanı görmüsənmi?Axmağa ondan artıq ümid var.
13
Tənbəl deyər: «Yolda aslan var,Şir küçələri dolanır».
14
Qapı öz oxu üstündə necə fırlanırsa,Tənbəl də yatağında elə fırlanır.
15
Tənbəl əlini qabda olana batırar,Ağzına aparmağa ərinər.
16
Tənbəl öz gözündəAğıllı cavab verən yeddi nəfərdən də çox hikmətli görünər.
17
Ona aid olmayan münaqişəyə qarışanElə bil küçədəki iti qulaqlarından tutur.
18
Odlu, öldürücü oxlar atan dəli necədirsə,
19
Qonşusunu aldadıb «zarafat etdim» deyən də elədir.
20
Odun qurtaranda ocaq sönər,Qeybətçi olmayan yerdə dava bitər.
21
Necə ki kömür köz salar, odun alışar,Davakar adam da münaqişəni bu cür alovlandırar.
22
Qeybətçinin sözləri şirin tikələrə bənzər,Mədənin ən dərin yerlərinə düşər.
23
Hərarətli dili, şər dolu ürəyi olan insanGümüşü suya çəkilmiş saxsı qaba oxşayır.
24
Düşmən kinini dili altında gizlədər,Qəlbində hiyləsini saxlar.
25
Onun mehriban danışığına inanma,Qəlbinə yeddi cür iyrənclik doldurub.
26
Nifrətini fırıldaqla gizlətsə də,Şəri camaat qarşısında üzə çıxar.
27
Quyu qazan özü quyuya düşər,Daş isə onu yuvarlayanın üstünə gələr.
28
Yalan danışan dil sancdığı adamlara nifrətini göstərər,Yaltaqlanan ağız hər yanı xarabaya çevirər.
← Chapter 25
Chapter 27 →