bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Proverbs 17
Proverbs 17
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Quru bir loğması olan dinc evMünaqişəli olan, ziyafət dolu evdən yaxşıdır.
2
Ağıllı nökər adbatıran oğlun ağası olar,Qardaşlar arasında miras payı alar.
3
Qızıl-gümüş isti kürədə yoxlanar,Rəbb isə ürəyi araşdırar.
4
Pis adamın diqqəti şər ağızdadır,Yalançı fitnəkarın sözlərinə qulaq asır.
5
Yoxsula rişxənd edən Yaradanına xor baxır,Başqasının bəlasına sevinən cəzasız qalmır.
6
Nəvələr ahılların tacıdır,Oğulların şərəfi atalarıdır.
7
Sarsağa bəlağətlisöz yaraşmadığı kimiƏsilzadəyə də yalançı dil yaraşmaz.
8
Rüşvət verənin gözündə rüşvət bir tilsimdir,Çünki hansı tərəfə getsə, uğur gətirir.
9
Günahı örtən məhəbbət axtarar,Sözgəzdirən əziz dostları ayırar.
10
Qanan insan üçün bir iradAxmağa vurulan yüz zərbədən də artıq təsir edir.
11
Pis insan ancaq üsyankarlıq axtarar,Onun əleyhinə qəddar qasid göndərilər.
12
Balalarını itirmiş bir ayıya rast gəlməkSəfahətə batmış axmaqla rastlaşmaqdan yaxşıdır.
13
Kim yaxşılıq əvəzinə pislik etsə,Evindən pislik ayrılmaz.
14
Davanın başlanması su bəndinin açılmasına bənzər,Dava başlanmamış münaqişəni tərk et.
15
Şərə haqq vermək, salehi məhkum etmək –Hər ikisi Rəbdə ikrah yaradır.
16
Axmaq hikmət qazanmaq istəməz,Bunun üçün pul sərf etmək fayda verməz.
17
Dost hər zaman sevər,Qardaş dar gün üçün doğular.
18
Qanmaz başqası ilə əlbir olar,O, qonşusuna zamin durar.
19
İtaətsizliyi sevən münaqişəni sevər,Qapısını ucaldan əcəlini səslər.
20
Əyri ürəkli xeyir tapmaz,Hiyləgər dilli insanı bəlaya salar.
21
Axmağın atası dərdə düşər,Sarsağın atasının sevinci itər.
22
Ürək sevinci can üçün ən yaxşı məlhəmdir,Könlün sınması sümükləri qurudar.
23
Şər qoltuğuna rüşvət götürər ki,Ədalət yollarını pozsun.
24
Qanan adam hikmətə baxar,Axmağın gözləri dünyanın o tayını axtarar.
25
Axmaq oğul atasına qəm-kədər verər,Onu doğan anasını qubarladar.
26
Saleh insanı cərimə etmək yaxşı deyil,Əsilzadəni düzlüyünə görə döymək yaxşı deyil.
27
Çoxbilən az danışar,Müdrik həlimlik ruhunda olar.
28
Səfeh belə, sakit dayansa, hikmətli hesab edilər,Ağzını yumsa, dərrakəli görünər.
← Chapter 16
Chapter 18 →