bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Proverbs 5
Proverbs 5
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Oğlum, mənim hikmətimə diqqət yetir,Qulağını müdrik sözlərimə tərəf çevir.
2
Onda dərrakəyə bağlanarsan,Dilin biliyi kənara atmaz.
3
Əxlaqsız qadının dodağından sanki bal axır,Dili şirin, yağdan yumşaqdır.
4
Amma aqibəti yovşan kimi acıdır,İkiağızlı qılınc kimi kəskindir.
5
Onun ayaqları ölümə aparır,Onun addımları ölülər diyarına çatır.
6
Həyat yoluna fikir vermir,Yolları dolaşıqdır, özü də bilmir.
7
İndi, ey övladlar, mənə qulaq asın,Dilimdən çıxan sözlərdən yayınmayın.
8
Belə qadından uzaq ol,Evinin qapısına yaxın getmə.
9
Yoxsa şərəfini yadlara verərsən,Ömrünü zalımlara sərf edərsən.
10
Sənin var-yoxunu yadlar yeyər,Qazancın özgənin evinə gedər.
11
Ömrünün sonu çatanda,Canında taqət qalmayandaAh-nalə çəkərək belə deyərsən:
12
«Mən də tərbiyəyə nifrət etdim,Ürəyimdə məzəmmətlərə güldüm!
13
Müəllimimin sözünə baxmadım,Tərbiyəçilərimə qulaq asmadım.
14
Camaatın və icmanın arasındaAz qala hər cür bəlaya düşəcəkdim».
15
Öz su anbarından,Öz quyunun içməli suyundan iç.
16
Niyə sənin qaynaqların küçələrə,Su arxların meydanlara axıb getsin?
17
Onlar yalnız səninki olsun,Yadlara paylama.
18
Qoy çeşmən bərəkətli olsun,Gənc ikən evləndiyin arvadınla xoşbəxt yaşa!
19
Sevimli maralın, gözəl ceyranınHəmişə səni öz döşləri ilə doydursun,Onun eşqi ilə məst ol.
20
Oğlum, niyə əxlaqsız qadınla məst olmalısan,Yad arvadı qoynuna almalısan?
21
İnsanların yolları Rəbbin gözü qarşısındadır,Onların hər addımlarını yoxlayır.
22
Şər insan öz təqsirlərinə görə tutular,Günahının kəməndinə dolanar.
23
Tərbiyəsizliyi üzündən həlak olar,Hədsiz səfehliyi üzündən azar.
← Chapter 4
Chapter 6 →