bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 85
Psalms 85
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ya Rəbb, ölkədən razı qaldın,Yaqub nəslini bəxtəvər günlərə qaytardın.
2
Xalqının təqsirlərini bağışladın,Bütün günahlarını əfv etdin.
3
Sən bütün hirsini uddun,Qızğın qəzəbini yatırdın.
4
Ey bizi qurtaran Allah,Bizə bəxtəvər günlərimizi qaytar.Bizə qarşı hiddətindən əl çək.
5
Əbədilikmi bizə acığın tutacaq?Qəzəbin nəsildən-nəslə qədərmi uzanacaq?
6
Xalqın Səndən sevinc alsın deyəBizi yenə dirçəltməyəcəksənmi?
7
Ya Rəbb, bizə məhəbbətini göstər,Bizi xilas et.
8
Rəbb Allah nə söyləsə, dinləyirəm.Sözləri xalqına, möminlərinə sülh bəyan edər ki,Onlar öz cəhalətlərinə dönməsinlər.
9
Bəli, Rəbb Ondan qorxanları qurtarmaq üçün,Ehtişamını ölkəmizdə saxlamaq üçün yaxınlaşır!
10
Məhəbbətlə həqiqət bir-birinə qovuşacaq,Salehliklə əmin-amanlıq bir-biri ilə öpüşəcək.
11
Həqiqət yerdə bitib-göyərəcək,Ədalət göylərdən baxacaq.
12
Bəli, Rəbb ən yaxşı şeyləri göndərəcək,Torpağımız bol məhsul verəcək.
13
Ədalət Rəbbin önündə addımlayar,Qədəmləri üçün cığır salar.
← Chapter 84
Chapter 86 →