bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 86
Psalms 86
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ya Rəbb, mənə qulaq asıb cavab ver,Çünki mən məzlumam, fəqirəm.
2
Möminəm, Sən Özün məni qoru,Ey Allahım, Sənə güvənən bəndəni qurtar.
3
Rəhm et mənə, ey Xudavənd,Çünki bütün gün Səni səsləyirəm!
4
Bu bəndənin qəlbini sevindir,Ey Xudavənd, Sənə ürəyimi təqdim edirəm.
5
Çünki Sən, ey Xudavənd, xeyirxahsan, bağışlayan Sənsən,Səni səsləyənlərin hamısı üçün məhəbbətin boldur.
6
Ya Rəbb, duamı dinlə,Yalvarışlarımın səsinə qulaq as.
7
Dar gündə Səni səsləyirəm,Bilirəm ki, mənə cavab verərsən.
8
Ey Xudavənd, allahlar arasında Sənin kimisi yoxdur,Əməllərin kimi əməl yoxdur.
9
Ey Xudavənd, yaratdığın millətlərin hamısı hüzuruna gələcək,Sənin ismini izzətləndirərək səcdə edəcək.
10
Çünki əzəmətli, xariqələr yaradan Sənsən,Yeganə Allah Sənsən!
11
Ya Rəbb, mənə yolunu göstər,Sənin həqiqətinlə addımlayım.Qəlbimi səmimi et,Qoy Sənin ismindən qorxum.
12
Ey Xudavənd Allahım, bütün qəlbimlə Sənə şükür edəcəyəm,Daim ismini izzətləndirəcəyəm.
13
Çünki mənə olan məhəbbətin böyükdür,Canımı ölülər diyarına enməkdən qurtardın.
14
Ey Allah, lovğalar əleyhimə qalxır,Bir dəstə zalım canımı almaq üçün məni axtarır,Səni qarşılarında görmür.
15
Ey Xudavənd, Sən rəhmli, lütfkar Allahsan,Hədsiz səbirlisən, məhəbbətin və sədaqətin boldur.
16
Sən mənə baxıb rəhm et,Bu bəndənə Öz gücündən ver,Kənizinin oğlunu xilas et.
17
Xeyirxahlığından mənə bir əlamət göstər,Qoy mənə nifrət edənlər görüb utansınlar.Çünki, ya Rəbb, mənə kömək edirsən,Könlümə təsəlli verirsən.
← Chapter 85
Chapter 87 →