bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 84
Psalms 84
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ey Ordular Rəbbi, məskənin nə qədər əzizdir,
2
Qəlbim Rəbbin həyətinin həsrətindədir,Könlüm, cismim var olan Allaha mədh oxuyur.
3
Ey Ordular Rəbbi, Padşahım, Allahım,Qurbangahının yaxınında sərçələr yurd salar,Qaranquş bala çıxartmaq üçün yuva qurar.
4
Nə bəxtiyardır evində yaşayanlar,Daim Sənə həmd oxuyanlar!
5
Nə bəxtiyardır Səndən qüvvət alanlar,Qəlbində Sionu ziyarət etməyi arzulayanlar!
6
Baka vadisindən keçərkənOnlara çağlayan bulaqlar görünər,İlk yağışdan ora gölməçələrə bürünər.
7
Bu adamlar getdikcə qüvvət alarlar,Sionda Allahın hüzurunda olarlar.
8
Ya Rəbb, ey Ordular Allahı, duamı dinlə,Ey Yaqubun Allahı, qulaq as!
9
Ey Allah, bizə sipər olana bax,Məsh etdiyinin üzünə bax!
10
Sənin həyətində keçən bir günümBaşqa yerdə keçən min günümdən yaxşıdır.Allahımın evinin keşiyində dayanmağımPislərin çadırında rahat ömür sürməkdən yaxşıdır.
11
Axı Rəbb Allah günəşdir, sipərdir,Rəbb lütf və şərəf verir,Xeyirxahlığını düz yolla gedənlərdən əsirgəmir.
12
Ey Ordular Rəbbi, Sənə güvənən nə bəxtiyardır!
← Chapter 83
Chapter 85 →