bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 83
Psalms 83
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ey Allah, susub səssiz durma!Ey Allah, sakit olma!
2
Budur, düşmənlər qiyamət qoparır,Sənə nifrət edənlər Sənin əleyhinə qalxır.
3
Xalqına qarşı fənd işlədirlər,Sənin qoruduqlarına qarşı birgə qərara gəlirlər.
4
Deyirlər: «Gəlin, onları millət olmasın deyə məhv edək,İsrailin adı xatırlanmasın deyə onları yox edək».
5
Ürəkləri bir olaraq qərara gəliblər,Sənə qarşı bunlar əhd ediblər:
6
Edomlular, İsmaillilər,Moavlılar, Həcərlilər,
7
Geval, Ammon, Amaleq,Filişt və Sur əhalisi.
8
Aşşur da onlara qoşulub,Lutun övladlarına kömək edir.
9
Başlarına gətir Midyanlılara etdiklərini,Qişon vadisində Sisranın, Yavinin başına gətirdiklərini.
10
Onlar En-Dorda həlak oldular,Torpaq üçün peyin oldular.
11
Əsilzadələrini Orev və Zeev kimi et,Bütün ağalarını Zevah və Salmunna kimi et.
12
Onlar demişdilər:«Allahın otlaqlarına sahib olaq».
13
Ey Allahım, onları sovrulan toza,Küləyin süpürdüyü saman qırıntısına çevir.
14
Meşəni yandıran od kimi,Dağları alışdıran alov kimi
15
Onları tufanınla qov,Qasırğanla dəhşətə sal.
16
Ya Rəbb, onların üzünü xəcalətə bürü,Qoy Sənin ismini axtarsınlar.
17
Əbədilik utanaraq vəlvələyə düşsünlər,Rüsvay olub yox olsunlar.
18
Bilsinlər ki, Sənin ismin Rəbdir,Bütün yer üzündə ancaq Sən Haqq-Taalasan!
← Chapter 82
Chapter 84 →