bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 82
Psalms 82
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Allah Öz toplantısında durub,Hökmünü verərək allahlar arasında deyir:
2
«Nə vaxtadək nahaq hökm verəcəksiniz,Pislərə tərəfkeşlik edəcəksiniz?
3
Yoxsulun və yetimin işinə ədalətlə baxın,Məzlumun və fəqirin haqqını verin.
4
Yoxsul və möhtacları qurtarın,Pislərin əlindən onları azad edin.
5
Nə bilirsiniz, nə də ki anlayırsınız!Yerin təməlləri sarsılır, qaranlıqda dolanırsınız.
6
Demişəm: “Siz allahlarsınız,Hər biriniz Haqq-Taala övladlarısınız”.
7
Lakin insan kimi öləcəksiniz,Adi bir hökmdar kimi torpağa düşəcəksiniz».
8
Ey Allah, qalx, dünyaya hakim ol,Çünki bütün millətlərə Sən sahib olacaqsan!
← Chapter 81
Chapter 83 →