bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 81
Psalms 81
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Qüvvətimiz olan Allahı mədh edin,Yaqubun Allahına cuşa gəlib nida edin!
2
İlahi oxuyun,Dəfi, xoş avazlı liranı və çəngi çalın.
3
Təzə Ay mərasimində, ay bədirlənəndə,Bizim bayram günündəŞeypur çalın!
4
Çünki bu, İsrail üçün verilən qaydadır,Yaqubun Allahının hökmüdür.
5
O, Misir əleyhinə çıxandaYusif nəslinə belə bir öyüd verib.Naməlum bir səs eşitdim:
6
«Onun çiyinlərini bu yükdən qurtarıram,Qoy əlləri bu ağır səbətdən azad olsun.
7
Dar günündə Məni çağırdın,Mən də səni qurtardım.Gurlayaraq tufan içindən sənə cavab verdim,Meriva sularında səni sınadım.
8
Ey xalqım, dinlə, xəbərdarlıq edirəm,Ey İsrail, kaş ki Məni dinləyəydin!
9
Aranızda özgə allah olmasın,Yad allaha kimsə səcdə qılmasın.
10
Rəbb Allahınız Mənəm,Mən sizi Misir torpağından buraya gətirmişəm.Ağzını yaxşı aç,Doyunca yemək verirəm.
11
Lakin xalqım səsimi eşitmədi,İsrail nəsli Məni istəmədi.
12
Onların inadkar qəlblərinə izin verdim ki,Necə istəyirlər, elə gəzsinlər.
13
Kaş ki xalqım Mənə qulaq asaydı,İsrail nəsli Mənim yolumla gedəydi!
14
Bir anda düşmənlərini yerə sərərdim,Əlimi yağılarının üstünə qaldırardım.
15
Mən Rəbbə nifrət edənlər Mənə boyun əyərdi,Əbədi olaraq vaxtları belə keçərdi.
16
Sizə taxılın əlasını yedirərdim,Sizi qayadan axan balla bəsləyərdim».
← Chapter 80
Chapter 82 →