bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 80
Psalms 80
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ey İsrailin Çobanı,Yusif nəslinə sürü kimi Baxan, qulaq as!Ey keruvlar üstündə Oturan, nurunu saç!
2
Efrayim, Binyamin, Menaşşe qəbilələrinin önündəQoy qüvvətin oyansın, gəl, bizi qurtar!
3
Ey Allah, bizi əvvəlki halımıza qaytar,Üzündən nur saçıb bizi qurtar!
4
Ya Rəbb, ey Ordular Allahı, nə vaxtacanXalqının duasından qəzəblənəcəksən?
5
Onlara çörək yerinə göz yaşı yedirdin,Onlara bolluca göz yaşı içirdin.
6
Qonşularımızla bizi çəkişməyə vadar etdin,Düşmən bizi ələ salıb gülür.
7
Ey Ordular Allahı, bizi əvvəlki halımıza qaytar,Üzündən nur saçıb bizi qurtar!
8
Misirdən tənək fidanı gətirərəkQovduğun millətlərin torpağında əkdin.
9
Bunun üçün sahə hazırlamışdın,Tənək rişələnib ölkəni bürüdü.
10
Budaqları dağlara,Böyük sidr ağaclarına kölgə saldı.
11
Dənizə qədər qol-budaq atdı,Zoğ atıb Fərat çayına çatdı.
12
Bəs niyə ətrafdakı hasarını uçurdun?Budur, yoldan keçən hər kəs məhsullarını qoparır,
13
Tənəyi meşənin qabanları korlayır,Onu çöl heyvanları çeynəyir.
14
Ey Ordular Allahı, dön, göydən bax,Bu tənəyi gör, qayğısına qal.
15
Axı bu fidanı sağ əlinlə əkmisən,Kökünə qüvvət vermisən.
16
Tənəyini kəsib yandıranlarQəzəbli məzəmmətinlə qoy yox olsunlar!
17
Sənin əlin, sağ əlin Öz seçdiyin adamı –Qüvvət verdiyin bəşər oğlunu qorusun.
18
Qoy Səndən dönüb ayrılmayaq,Bizi elə yaşat ki, ismini çağıraq.
19
Ya Rəbb, ey Ordular Allahı, bizi əvvəlki halımıza qaytar,Üzündən nur saçıb bizi qurtar!
← Chapter 79
Chapter 81 →