bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 79
Psalms 79
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ey Allah, millətlər Sənin mülkünə giriblər,Müqəddəs məbədini murdar ediblər,Yerusəlimi viranəliyə çeviriblər.
2
Qullarının cəsədini göydəki quşlara yem ediblər,Möminlərinin ətini yerdəki heyvanlara veriblər.
3
Yerusəlimin hər tərəfində onların qanı axıdılıb,Onları dəfn edən yoxdur.
4
Qonşularımızın tənə hədəfinə döndük,Ətrafdakılarımız tərəfindən ələ salınıb lağ edildik.
5
Ya Rəbb, nə vaxtacan,Yoxsa əbədilikmi bu qəzəbindən dönməyəcəksən,Qısqanclıqdan od tutub yanacaqsan?
6
Səni tanımayan millətlərin,İsmini çağırmayan ölkələrin üstünə hiddətini tök.
7
Çünki onlar Yaqub nəslinin başını yeyiblər,Yurd-yuvasını viranəyə çeviriblər.
8
Ata-babalarımızın günahını boynumuza qoyma,Nə qədər alçalmışıq, mərhəmətini bizə tez göstər.
9
Ey bizi qurtaran Allah,İsmin şərəfinə Sən bizə yardım et,Günahlarımızı kəffarə edərəkİsmin naminə Sən bizi xilas et.
10
Niyə millətlər «Hanı onların Allahı?» desinlər?Qullarının tökülən qan qisasının alınmasınıQoy gözümüz görsün, millətlər də bilsinlər.
11
Qoy əsirlərin ah-naləsi hüzuruna çatsın,Ölümə aparılanları böyük qüdrətinlə qoru.
12
Ey Xudavənd, Sənə tənə vuran bizim qonşularınTənələrini yeddi qat artıq kökslərinə qaytar.
13
Biz Sənin xalqın, otlağının sürüsüyük,Əbədilik Sənə şükür edərik,Nəsildən-nəslə qədər həmdlərini bəyan edərik!
← Chapter 78
Chapter 80 →