bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 65
Psalms 65
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ey Allah, Səni Sionda həmdlər gözləyir,Sənə edilən əhd yerinə yetiriləcək.
2
Ey duaları eşidən,Bütün bəşər hüzuruna gələcək.
3
Mən günaha batmışdım,Lakin Sən üsyankarlığımızı kəffarə edirsən.
4
Nə bəxtiyardır evinin həyətlərində yaşayan,Seçib Özünə yaxın etdiyin insan!Biz Sənin evinin, müqəddəs məbədininNemətləri ilə doyacağıq!
5
Sən ey qurtuluşumuzun Allahı,Zəhmli işlərinlə ədalətini göstərirsən,Bizə cavab verirsən.Sən yer üzünün bütün ucqarlarının,Ən uzaq dənizlərin belə, ümidisən.
6
Sən qüdrətə bürünmüsən,Qüvvətinlə dağları möhkəmlətmisən.
7
Dənizlərin uğultusunu,Dalğaların gurultusunu,Ümmətlərin çaxnaşmasınıYatıran Sənsən.
8
Dünyanın ucqarlarında yaşayanlarSənin əlamətlərinə mat qalırlar.Gündoğandan günbatanadək bütün insanlarSənə mədh oxuyurlar.
9
Yer üzünün qayğısına qalıb su verirsən,Onu çox məhsuldar edirsən.Ey Allah, çayın su ilə doludur,Torpağı taxıl üçün hazır edirsən.
10
Torpağın şırımlarını sulayırsan,Aralarını bərkidirsən,Gur yağışla torpağını yumşaldırsan,Məhsuluna bərəkət verirsən.
11
Yaxşılıqlarınla tac qoyursan,Yollarından yağ damır,
12
Çöl otlaqlarına tökülür,Təpələr sevincə bürünür.
13
Çəmənlərin sürülərlə dolur,Dərələrini taxıl bürüyür.Onlar cuşa gəlib tərənnüm söyləyir!
← Chapter 64
Chapter 66 →