bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 64
Psalms 64
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ey Allah, eşit səsimi, Sənə şikayət edirəm,Həyatımı düşmən vahiməsindən qoru.
2
Pislərin fəndlərindən,Şər iş görənlərin vəlvələsindənMəni qoru.
3
Onlar qılınc kimi dillərini itiləyirlər,Kamanın üstünə ox kimi acı sözlərini qoyurlar,
4
Günahsız insana pusqu qurduqları yerlərdənQəfildən, çəkinmədən atırlar.
5
Bir-birlərini şər iş görməkdə cəsarətləndirirlər,Gizlənib tələ qurmaq üçün məsləhət edirlər,«Bunu kim görəcək?» deyirlər.
6
Fitnəkarlıqla qəsd qururlar və belə deyirlər:«Ustalıqla fənd işlətdik».İnsanın daxili, qəlbi görünməz.
7
Lakin Allah onlara ox atacaq,Onlar qəflətən yaralanacaq.
8
Öz dilləri özlərini yıxacaq,Onları görənlər başını bulayıb xor baxacaq.
9
Bütün insanlar qorxacaq,Allahın əməllərini bəyan edəcək,Onun işləri barədə düşünəcək.
10
Saleh insan Rəbbə görə sevinəcək,Ona pənah gətirəcək.Bütün ürəyidüz insanlar Rəbbə həmd edəcək!
← Chapter 63
Chapter 65 →