bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 66
Psalms 66
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ey bütün dünya əhli,Cuşa gəlib Allaha nida edin,
2
Şərəfli ismini tərənnüm edin,Ona şərəflə həmd edin!
3
Siz Allaha belə deyin:«Əməllərin nə qədər zəhmlidir!O qədər qüdrətlisən ki,Düşmənlərin qarşında diz çökür!
4
Bütün dünya Sənə səcdə edir,Səni tərənnüm edir,İsmini tərənnüm edir».
5
Gəlin, Allahın işlərini,Bəşər övladları üçün etdiyi zəhmli əməllərini görün.
6
Dənizi quruya çevirdi,Çayın sularını saxlayıb xalqını piyada keçirtdi.Biz Allaha görə sevinək!
7
Qüdrəti ilə əbədi səltənət sürər,Günahkarlar Ona qarşı qalxmasın deyəGöz qoyub millətlərə nəzarət edər.
8
Ey xalqlar, Allahımıza alqış edin,Ona həmd edin, səsiniz eşidilsin!
9
Odur canımızı qoruyan,Ayağımızı büdrəməyə qoymayan.
10
Ey Allah, bizi sınaqdan keçirtdin,Sən bizi gümüş kimi təmizləyib saflaşdırdın.
11
Sən bizi Öz torunla tutdun,Kürəyimizə ağır yük qoydun.
12
Sən insanları başımızın üstündən keçirtdin.Oda düşdük, suya düşdük,Axırda bizi Sən bolluğa çıxartdın.
13
Sənin evinə yandırma qurbanları ilə gələcəyəm,Sənə əhd etdiyim təqdimləri verəcəyəm.
14
Dar gündə dilim bunları bəyan etdi,Mənim ağzım bu əhdləri söylədi.
15
Kökəldilmiş heyvanlarıSənin üçün yandırma qurbanı verəcəyəm.Qoçların xoş tüstüsü Sənə sarı qalxacaq,Təkələri, öküzləri qurban gətirəcəyəm.
16
Ey Allahdan qorxanlar, gəlin, dinləyin,Onun mənə nə etdiyini sizə bəyan edim.
17
Ağzımla Onu səslədim,Dilimlə Onu mədh etdim.
18
Mən qəlbimdə təqsirə yer versəydim,Xudavənd məni eşitməzdi.
19
Lakin Allah məni dinlədi,Duamın səsini eşitdi.
20
Alqış olsun Allaha! Duamı rədd etmədi,Məndən məhəbbətini əsirgəmədi!
← Chapter 65
Chapter 67 →