bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 63
Psalms 63
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ey Allah, mənim Allahım Sənsən,Sənin üçün yaman qəribsəmişəm.Quraq, cansıxıcı, susuz bir diyardaSənsiz könlüm susuzdur.Bütün varlığımla həsrətini çəkirəm.
2
Müqəddəs yerdə Səni seyr edirdim,Qüdrətini, əzəmətini görürdüm.
3
Mənim dilim Səni tərənnüm edir,Məhəbbətin bu həyatdan gözəldir.
4
Bütün ömrüm boyu Sənə alqış edəcəyəm,Əllərimi qaldırıb adınla Səni səsləyəcəyəm.
5
Sanki yağlı yeməklə canım tox olacaq,Dilim Səni mədh edəcək, ağzım həmd oxuyacaq.
6
Yatanda belə, Səni xatırlayıram,Gecə növbələrində Səni düşünürəm.
7
Sən mənə kömək oldun,Qanadlarının kölgəsində Sənə mədh oxuyacağam.
8
Könlüm Sənə bağlanır,Sağ əlin məni möhkəm tutur.
9
Amma canımın qəsdinə duranlarYerin dibinə batacaqlar,
10
Qılıncın ağzına tuş gələcəklər,Çaqqallara yem olacaqlar.
11
Amma padşah Allaha görə sevinəcək,Adına and içən hər kəs həmd söyləyəcək,Yalançıların isə ağzı yumulacaq.
← Chapter 62
Chapter 64 →