bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 62
Psalms 62
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Susan qəlbim yalnız Allahı gözləyir,Ondadır qurtuluşum.
2
Yalnız Odur qayam, qurtuluşum,O mənim qalamdır, mən əsla sarsılmaram.
3
İnsan divar kimi əyiləndə,Hasar kimi laxlayandaNə vaxtadək üstünə hücum edəcəksiniz?Nə vaxtadək onu əzəcəksiniz?
4
Yalnız fikirləşirsiniz, onu nüfuzdan salaq,Çünki yalandan zövq alırsınız.Diliniz xeyir-dua söyləsə də,Qəlbiniz lənət yağdırır.
5
Ey qəlbim, sükutla Allahı gözlə,Çünki ümidim Ondadır.
6
Qayam, qurtuluşum yalnız Odur,O mənim qalamdır, mən sarsılmaram.
7
Qurtuluşum, şərəfim Allaha bağlıdır,Allah möhkəm qayam və pənahımdır.
8
Ey xalq, hər zaman Ona arxalan,Onun hüzurunda qəlbini açıb-boşalt,Çünki Allah bizim pənahımızdır!
9
Bəşər övladları yalnız bir nəfəsdir –İnsan övladları fanidir.Tərəzinin gözündə çəkərkən hamısı yuxarı qalxır,Çəkisi bir nəfəsdən yüngül gəlir.
10
Heç zaman zorakılığınıza güvənməyin,Talan malına boş yerə ümid bağlamayın,Var-dövlətiniz artsa da, ona arxalanmayın.
11
Allah bir dəfə dedi,Bunu iki dəfə eşitdim:Qüdrət Allahındır,
12
Ey Xudavənd, məhəbbət Sənindir!Sən hər kəsə əməlinə görə əvəz verirsən!
← Chapter 61
Chapter 63 →