bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 61
Psalms 61
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ey Allah, fəryadımı eşit,Duamı dinlə.
2
Düşkünlük qəlbimi alıb,Mən dünyanın ucqarından Səni çağırıram.Sən məni əlçatmaz bir qayaya apar.
3
Çünki Sən mənim pənahgahımsan,Düşmənə qarşı möhkəm qülləsən.
4
Qoy sonsuzadək çadırında yaşayım,Qanadlarının altında pənah tapım.
5
Sən, ey Allah, etdiyim əhdi eşitdin,Adından qorxanlara təyin etdiyin payı mənə verdin.
6
Sən ömür ver, qoy padşahın yaşasın,İlləri nəsillərdən-nəsillərə qədər uzansın.
7
Allahın hüzurunda daim taxtda otursun,Məhəbbət və sədaqət ver, onu qorusun.
8
Mənsə adını həmişə tərənnüm edəcəyəm,Hər gün əhd etdiyim təqdimləri verəcəyəm!
← Chapter 60
Chapter 62 →