bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 60
Psalms 60
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ey Allah, Sən bizi atmısan,Müdafiə qüvvələrimizi dağıtmısan.Bizə qəzəblənmisən,Bizi əvvəlki halımıza qaytar.
2
Yeri lərzəyə salmısan,Torpağını dağıtmısan.Yarıqlarını yenə bitişdir,Çünki yer sarsılıb.
3
Öz xalqını çətinliyə salmısan,Şərab içirərək bizi səndələtmisən.
4
Səndən qorxanlara isə bayraq vermisən,Qoy onu həqiqət naminə qaldırsınlar.
5
Sevdiyin insanların xilas olması üçünSağ əlinlə bizi qurtar, mənə cavab ver!
6
Allah Öz müqəddəs məskənindən belə söylədi:«Şekemi sevinclə bölüşdürəcəyəm,Sukkot dərəsini böləcəyəm.
7
Gilead torpağı Mənimdir,Menaşşe torpağı da Mənimdir,Efrayim başımın dəbilqəsidir,Yəhuda Mənim əsamdır.
8
Moav yuyunmaq üçün ləyənimdir,Çarığımı ataraq Edomu tutacağam,Zəfər harayını Filiştə salacağam».
9
Kim məni istehkamlı şəhərə apara bilər?Kim mənə Edoma qədər yol göstərər?
10
Ay Allah, Sən niyə bizi atmısan?Ay Allah, qoşunlarımızla niyə yürüşə çıxmırsan?
11
Bizə düşmənin qarşısında imdad et,Çünki insanın köməyi puçdur.
12
Allahın köməyi ilə igidlik edəcəyik,O, düşmənlərimizi tapdalayacaq!
← Chapter 59
Chapter 61 →