bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 59
Psalms 59
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ey Allahım, məni düşmənlərimdən qurtar,Əleyhdarlarımın əlindən hifz et.
2
Məni şər iş görənlərdən xilas et,Məni qaniçənlərdən azad et.
3
Canımı almaq üçün məni güdürlər,Güclülər əleyhimə birləşiblər.Ya Rəbb, üsyankar, günahkar,
4
Təqsirkar olmadığım haldaOnlar mənə qarşı qəti tədbir görürlər.Bir oyan, halımı gör, yardım et,
5
Ya Rəbb, Ordular Rəbbi, İsrailin Allahı!Bütün millətlərə cəza vermək üçün oyan,Xəyanətkar pislərin heç birinə rəhm etmə.
6
Bu pis adamlar axşamüstü qayıdırlar,Köpək kimi mırıldayırlar,Şəhərdə sülənib-dolaşırlar.
7
Gör dodaqlarından nələr tökülür,Ağızlarından qılınclar çıxır.Onlar zənn edirlər ki, eşidən yoxdur.
8
Lakin, ya Rəbb, Sən onlara gülürsən,Bütün millətlərə rişxənd edirsən.
9
Ey mənə qüvvət verən,Səni gözləyirəm!Ey Allahım, qalamsan,
10
Mənə məhəbbətini göstərirsən!Ey Allah, imdad etmək üçün çıxacaqsan,Düşmənlərimin qırılmasını mənə göstərəcəksən.
11
Ey Xudavənd, Sənsən sipərimiz!Xalqımın yadında qalsın deyəDüşmənləri qırma, lakin gücünləOnları dağıdaraq məğlub et.
12
Günahkar dillərinə görə,Ağızlarının sözlərinə görəTəkəbbürlülərin tələsinə özləri düşsünlər.Yağdırdıqları lənətlərə görə,Dedikləri yalanlara görə
13
Onları qəzəbinlə məhv et,Məhv et, qoy bir nişanə qalmasın.Qoy insanlar bilsinlər:Allah səltənət sürürYaqub nəslinin üzərində,Ta ucqarlara qədər yer üzərində.
14
Bu pis adamlar axşamüstü qayıdırlar,Köpək kimi mırıldayırlar,Şəhərdə sülənib-dolaşırlar.
15
Avara-avara gəzib yem axtarırlar,Doyunca tapmasalar, gecə boyu ulayırlar.
16
Mən isə Sənin qüdrətini tərənnüm edəcəyəm,Sübh tezdən məhəbbətini mədh edəcəyəm.Çünki Sən mənə qala olmusan,Dar günümdə mənim pənahımsan.
17
Ey mənə qüvvət verən,Səni tərənnüm edəcəyəm!Ey Allahım, qalamsan,Mənə məhəbbətini göstərirsən!
← Chapter 58
Chapter 60 →