bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 58
Psalms 58
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ey qüdrətlilər, doğrudanmı ədalətlə danışırsınız?Bəşər övladları üçün insaflamı hökm çıxarırsınız?
2
Xeyr, qəlbinizdən fitnə-fəsad çıxır,Bu dünyada əlinizdən zorakılıq gəlir.
3
Pis adamlar ana bətnindən belə, azğındırlar,Çaşıblar, doğulan gündən belə, yalançıdırlar.
4
Onlar əfi ilan kimi zəhərlidirlər,Qulaqlarını tıxayan gürzəyə bənzəyirlər.
5
Onlar ilanoynadanın səsinə gəlmir,Usta bir ovsunçu onu ovsunlaya bilmir.
6
Ey Allah, onların ağızlarındakı dişlərini qır,Ya Rəbb, bu gənc aslanların dişlərini çıxar.
7
Qoy onlar su kimi axıb yox olsun,Kaman üstündəki oxlarının ucları qırılsın.
8
İlbiz kimi gedərkən ərisinlər,Ölü doğulan körpələr kimi günəş nuru görməsinlər.
9
Ocaqda qazanlarını qızdırmazdan əvvəl kol-kosları sovrulsun,Nə qurularından, nə də yaşlarından heç nə qalmasın.
10
Pislərdən qisas alındığını görən salehlər şad olacaq,Ayaqlarını onların qanına batıracaq.
11
İnsanlar belə deyəcək: «Bəli, salehlər barlı olar,Həqiqətən, dünyanın hökmranı olan bir Allah var!»
← Chapter 57
Chapter 59 →