bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 53
Psalms 53
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Axmaqlar ürəyində «Allah yoxdur!» deyə düşünürlər,İnsanlar pozulmuş, əməlləri iyrənc olmuş,Yaxşı iş görən yoxdur.
2
Allah göylərdən bəşər övladına baxır;Görəsən Allahı dərk edən, Onu axtaran varmı?
3
Hamı birgə pozulub, namus əldən gedib,Bir nəfər də olsun yaxşı iş görən yoxdur.
4
Şər iş görənlərin hər biri məgər heç nə qanmırmı?Xalqımı çörək yerinə yeyirlər, Allahı çağırmırlar.
5
Onlar böyük dəhşətə düşəcək,Heç görünməmiş dəhşətə düçar olacaqlar.Allah bizi mühasirəyə salanlarınSümüklərini qırıb dağıdacaq.Onlar qarşımızda pərt qalacaq,Çünki Allah tərəfindən rədd olunacaqlar.
6
Kaş İsrailin azadlığı Siondan gələydi!Allah Öz xalqına bəxtəvər günlərini qaytaran zamanYaqub övladları şadlıq edəcək,İsraillilər sevinəcək!
← Chapter 52
Chapter 54 →