bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 54
Psalms 54
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ey Allah, isminlə məni qurtar,Qüvvənlə mənə bəraət ver.
2
Ey Allah, mənim duamı dinlə,Dilimdən çıxan sözlərə qulaq as.
3
Yadellilər əleyhimə qalxıblar,Zalımlar canımı almaq üçün məni axtarırlar,Heç Allaha baxmırlar.
4
Budur, Allah mənə kömək edir,Xudavənd ömrümə dayaq olur.
5
O bu şəri düşmənlərimə tərəf döndərəcək.Mənim sadiq Allahım, düşmənləri yox et!
6
Sənə könüllü qurban kəsəcəyəm,Ya Rəbb, gözəl isminə şükür edəcəyəm!
7
Məni hər darlıqdan xilas etdin,Gözüm düşmənlərimin məhvini gördü.
← Chapter 53
Chapter 55 →