bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 52
Psalms 52
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Pisliyinlə nə üçün öyünürsən, ey cəngavər?Sonsuzdur Allahın məhəbbəti.
2
Ey hiyləgər, dilin insanı məhv edir,İti ülgüc kimi kəsir.
3
Yaxşılıqdan çox yamanı,Doğru sözdən çox yalanı sevirsən.
4
Ey hiyləgər dilli,Məhvedici sözləri çox sevirsən!
5
Allah səni əbədilik qıracaq,Yaxandan yapışaraq evindən çölə atacaq,Dirilər arasından kökünü qoparacaq.
6
Salehlər buna baxıb qorxacaqlar,Gülə-gülə belə deyəcəklər:
7
«Bu adam Allaha pənah gətirmədi,Öz bol sərvətinə güvəndi,Başqalarını məhv edərək gücləndi».
8
Amma mən Allahın evindəYaşıl zeytun ağacına bənzərəm,Daima, əbədilikAllahın məhəbbətinə güvənirəm.
9
Sənin gördüyün işlərə görə daim şükür edirəm,Möminlərin qarşısında gözəl isminə ümid bağlayıram!
← Chapter 51
Chapter 53 →