bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 47
Psalms 47
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ey bütün xalqlar, əl çalın,Cuşa gəlib Allaha nida edin!
2
Haqq-Taala Rəbb necə də zəhmlidir,Bütün yer üzünün böyük Padşahıdır!
3
Onun sayəsində xalqlar bizə tabe olub,O, ümmətləri ayaqlarımızın altına salıb.
4
Sevdiyi Yaqubun fəxri olan torpağıBizə mülk etmək üçün seçdi.
5
Allah nida ilə ucaldı,Rəbb şeypur səsi ilə yüksəldi.
6
Tərənnüm edin Allahı, tərənnüm edin!Tərənnüm edin Padşahımızı, tərənnüm edin!
7
Çünki Allah bütün yer üzünün Padşahıdır,Onu ilahilərlə tərənnüm edin.
8
Allah Öz müqəddəs taxtında əyləşir,Allah millətlərə padşahlıq edir.
9
İbrahimin Allahının xalqı ilə bir yerdə olmaq üçünXalqların əsilzadələri yığılır,Çünki yer üzünün sipərləri Allahındır.O nə qədər ucadır!
← Chapter 46
Chapter 48 →