bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 46
Psalms 46
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Allah bizə sığınacaqdır, qüvvətdir,Dar gündə çox kömək edir.
2
Buna görə biz qorxmuruq:Yer üzü alt-üst olsa belə,Dağlar uçub dənizin köksünə aşsa belə,
3
Dalğalar kükrəyib qalxsa belə,Vurub dağları yırğalasa belə,Biz qorxmuruq.
4
Bir çay var ki suları Allahın şəhərinə axır,Haqq-Taalanın müqəddəs məskəninə sevinc gətirir.
5
Allah bu şəhərin mərkəzində sarsılmaz durub,Ona dan yeri söküləndə yardım edər.
6
Millətlər kükrəyər, ölkələr sarsılar,Allah səsini çıxaranda dünya əriyər.
7
Ordular Rəbbi bizimlədir!Yaqubun Allahı qalamızdır!
8
Gəlin, görün Rəbbin işlərini,Dünyada etdiyi viranəliyi.
9
O, yerin ucqarlarınadək döyüşləri dayandırar,Kamanları qırar, nizələri sındırar,Döyüş arabalarını oda atar.
10
«Dayanın, bilin ki, Mən Allaham,Millətlər arasında ucayam,Yer üzündə ucayam!»
11
Ordular Rəbbi bizimlədir!Yaqubun Allahı qalamızdır!
← Chapter 45
Chapter 47 →