bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 48
Psalms 48
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Allahımızın şəhərində,Öz müqəddəs dağındaRəbb çox əzəmətlidir,Bol həmdlərə layiqdir.
2
Şimala tərəf böyük Padşahın şəhəri –Sion dağı ucalığı ilə gözəldir,Dünyanın sevincidir.
3
Onun qalalarında Allah ÖzünüAlınmaz qala kimi göstərmişdir.
4
Padşahlar bir yerə yığıldılar,Siona yürüş etdilər.
5
Onu görəndə mat qaldılar,Qorxub tez qaçdılar.
6
Hamilə qadının ağrısı kimiCanlarına lərzə düşdü.
7
Sən şərq küləyi iləTarşiş gəmilərini parçaladın.
8
Ordular Rəbbinin şəhərində –Allahımızın şəhərindəNə eşitmişiksə, onu gördük,Allah oranı əbədi saxlayacaq.
9
Ey Allah, məbədindəMəhəbbətin barədə dərindən düşünürük.
10
Ey Allah, yerin ucqarlarına qədərAdın həmdə layiqdir.Sağ əlin ədalətinlə doludur.
11
Qoy Sion dağı sevinsin.Sənin hökmlərinə görəQoy Yəhuda qızları şad olsun.
12
Sionun ətrafında gəzib-dolaşın,Onun qüllələrini sayın.
13
Divarlarına fikir verin,Qalalarına diqqətlə baxın.Gələcək nəslə belə deyin:
14
«Əbədi, sonsuzadəkBu Allah bizim Allahımızdır.Ömrümüzün sonunadəkO bizə yol göstərəcək!»
← Chapter 47
Chapter 49 →