bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 45
Psalms 45
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Qəlbim yaxşı sözlərlə çağlayır,Qoy şeirlərimi padşahıma söyləyim,Dilim mahir bir xəttatın qələminə oxşayır.
2
Bəşər övladlarının ən gözəli sənsən,Dodaqlarından lətafətli sözlər tökülür,Çünki Allah səni əbədilik xeyir-dualı edib.
3
Ey cəngavər, qılıncını belinə bağla,Əzəmətini, ehtişamını göstər.
4
Həqiqət, itaətkarlıq və salehlik naminəDöyüş arabasına qalx,Əzəmətinlə uğur qazan.Qoy sağ əlindən möhtəşəm işlər gəlsin.
5
Nə itidir oxların,Padşahın düşmənlərinin köksünə saplanır.Xalqlar ayağının altına yıxılır.
6
Ey Allah, taxtın əbədilik, sonsuzadək qalır,Sənin şahlıq əsan insaf əsasıdır.
7
Salehliyi sevib pisliyə nifrət edirsən.Ona görə Allah, sənin AllahınSevinc yağı iləYoldaşlarından çox səni məsh edib.
8
Bütün paltarlarındanMirra, əzvay və Çin darçınının ətri gəlir.Fil dişindən olan saraylarındanSəni şənləndirən simli alətlərin sədası gəlir.
9
Şərəfə çatdırdığın qadınlar arasındaŞahzadə xanımlar da var.Mələkə olacaq qız sağ qoluna girib,Ofir qızıllarına bürünüb.
10
Dinlə, ey qız, diqqət elə, sözümə qulaq as,Öz xalqını, ata evini unut.
11
Sənin gözəlliyin padşahı məftun etsin.O sənin ağandır, ona itaət et.
12
Sur xalqı yanına hədiyyələr gətirəcək,Xalqın varlıları səndən lütf istəyəcək.
13
Bu şah qızı sarayına cah-calalla gətirilir,Paltarları qızıl tikmələrə bürünmüş.
14
Padşahın yanına əlvan libasda gətirilir,Rəfiqələri sağdışı-soldışıdır.
15
Onlar sevinclə, şadlıqla gətirilir,Padşahın sarayına girirlər.
16
Ey padşah, ata-baban kimi oğulların olacaq,Onlara bütün yer üzünün hakimiyyətini verəcəksən.
17
Adını nəsillərdən-nəsillərə çatdıracağam,Xalqlar da sonsuza qədər sənə həmd oxuyacaq!
← Chapter 44
Chapter 46 →