bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 42
Psalms 42
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Maral axar sulara həsrət qalan kimi,Ey Allah, könlüm Sənin həsrətini çəkir!
2
Ey var olan Allah, mənim qəlbim Sənin üçün susayıb.Ay Allah, nə vaxt gəlib hüzurunda görünüm?
3
Göz yaşlarım gecə-gündüz qidam olub,Daim mənə deyirlər: «Bəs hanı Allahın?»
4
Bunları yadıma salarkən ürəyim üzülür,Necə də yüksəkdən sevinc, şükür nidalarını söyləyərəkBayram edən xalqın qarşısında gedərdim,Onları Allahın evinə aparardım.
5
Mənim qəlbim, niyə qırılmısan?Axı niyə bu köksümdə təlaşlanırsan?Ümidini yenə Allaha bağla,Qoy Allahıma – məni qurtarana şükür edim.
6
Köksümdəki qəlbim qırılıb,Ona görə İordan diyarında,Xermon, Misar dağındaSəni düşünürəm.
7
Dərin sular şəlalələrinin səsi iləDərin suları çağırdı,Sənin ləpələrin, dalğaların başımdan aşdı.
8
Rəbb mənə gündüz məhəbbət göstərir,Gecə isə həyatımın AllahınaEtdiyim dua və ilahi dilimdən düşmür.
9
Qayama – Allahıma deyirəm: «Niyə məni unutdun?Düşmənin zülmünə görə niyə yaslı gəzməliyəm?»
10
Düşmənlərim sümüklərimi qırıb məni təhqir edirlər,Daim mənə «Bəs hanı Allahın?» deyirlər.
11
Mənim qəlbim, niyə qırılmısan?Axı niyə bu köksümdə təlaşlanırsan?Ümidini yenə Allaha bağla,Qoy Allahıma – məni qurtarana şükür edim.
← Chapter 41
Chapter 43 →