bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 43
Psalms 43
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ey Allah, etibarsız millətə qarşı olan mübarizəmdənMəni haqlı çıxart,Məni hiyləgər, fitnəkar adamın əlindən qurtar.
2
Çünki Sən pənah gətirdiyim Allahsan.Niyə məni atmısan?Düşmənin zülmünə görə niyə yaslı gəzməliyəm?
3
Göndər Öz nurunu, həqiqətini,Qoy yolunu mənə göstərsinlər,Müqəddəs dağına, məskənlərinəQoy məni aparsınlar.
4
Onda Allahın qurbangahına,Sevincim, fərəhim olan Allahımın yanına gedərəm.Lira çalıb Sənə şükür edərəm,Ey Allah, mənim Allahım.
5
Mənim qəlbim, niyə qırılmısan?Axı niyə bu köksümdə təlaşlanırsan?Ümidini yenə Allaha bağla,Qoy Allahıma – məni qurtarana şükür edim.
← Chapter 42
Chapter 44 →