bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 41
Psalms 41
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Yoxsulların qayğısına qalan nə bəxtiyardır!Rəbb dar günündə onu qurtarar,
2
Rəbb onu qoruyar, salamat saxlayar.O, ölkədə bəxtiyar olar,Düşmənlərinə təslim edilməz.
3
Yatağa düşəndə Rəbb ona dayaq olar,Onu bütün xəstəlikdən sağaldar.
4
Mən dedim: «Ya Rəbb, mənə rəhm et,Canıma şəfa ver,Çünki Sənə qarşı günah etmişəm».
5
Düşmənlərim məndən pis sözlər söyləyir:«Bu nə vaxt öləcək, adı batacaq?» deyirlər.
6
Mənə baş çəkənlər yalan danışır,Ürəklərinə böhtan yığır,Bayıra çıxanda bundan danışırlar.
7
Bütün mənə nifrət edənlər mənim barəmdə pıçıldaşır,Mənə qarşı pis fikirləri var.
8
Deyirlər: «Bu, ölümcül bəlaya düşüb,Budur, yatır, daha qalxmaz».
9
Hətta etibarlı saydığım ən yaxın dostum,Çörəyimi yeyən mənə xəyanət etdi.
10
Sən, ya Rəbb, rəhm edib məni ayağa qaldır,Qoy onlardan bunun əvəzini çıxım!
11
Məndən razı qaldığını bundan bilirəm:Düşmənlərimin mənə qalib gəlmədiyini görürəm.
12
Kamil olduğum üçün məndən möhkəm yapışdın,Məni hüzurunda əbədilik dayandırdın.
13
Alqış olsun İsrailin Allahı RəbbəƏzəldən sonsuza qədər!Amin! Amin!
← Chapter 40
Chapter 42 →