bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 40
Psalms 40
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Rəbbi səbir edərək gözlədim,Mənə tərəf dönərək fəryadımı eşitdi.
2
O məni çamırlı quyudan,Lilli bataqlıqdan çıxartdı.Ayağımı qaya üzərində bərkitdi,Hər addımımı möhkəm etdi.
3
Dilimə yeni bir nəğmə verdi,İlahi ilə Allahımıza həmd etdim.Bax nə qədər adam bunu görəcək,Qorxub Rəbbə güvənəcək.
4
Rəbbə ümidlə arxalanan,Təkəbbürlülərə üz tutmayan,Bütlərə aldananlara qoşulmayanİnsan nə bəxtiyardır!
5
Ya Rəbb Allahım, Sənə bənzəyən yoxdur!Bizə aid xariqələrin, düşüncələrin çoxdur.Onlardan danışmaq istəsəm,Belə deyərdim: «Sayı-hesabı yoxdur».
6
Qurbandan, təqdimdən xoşun gəlmədi,Yandırma qurbanı, günah qurbanı tələb etmədin,Amma mənim qulağımı açdın.
7
O zaman dedim: «Budur, gəlmişəm,Sənin tumarında mənim haqqımda yazılıb.
8
Ey Allahım, Sənin iradəni yerinə yetirməkMənə zövq verir,Qanunun qəlbimdədir».
9
Çoxlu camaat arasında salehliyini car çəkdim,Ya Rəbb, Sən bilirsən ki, ağzımı yummadım.
10
Salehliyini qəlbimdə gizlətmədim,Xilaskar olduğunu, sədaqətini söylədim.Çoxlu camaat arasındanMəhəbbətini, həqiqətini gizli saxlamadım.
11
Ya Rəbb, mərhəmətini məndən əsirgəmə,Daim məni məhəbbətinlə, həqiqətinlə qoru.
12
Çünki sonsuz bəlalar ətrafımı bürüdü,Günahlarım mənə sarıldı.Görə bilmirəm, çünki məndə ürək qalmadı,Onlar başımın tükündən çoxdur.
13
Ya Rəbb, lütfünlə məni xilas et,Ya Rəbb, dadıma tez çat!
14
Canımı almaq üçün qəsd quranlarQoy utanıb biabır olsunlar.Pis günümdən zövq alanlarGeri qovulub rüsvay olsunlar.
15
Mənə «Aha! Aha!» deyənlərXəcalət içində çaşıb qalsınlar.
16
Lakin Səni axtaranlarSənə görə qoy şad olub sevinsinlər.Xilaskar olduğunu sevənlərDaim «Qoy ucalsın Rəbb!» desinlər.
17
Budur, bir məzlum, bir fəqirəm,Lakin Xudavənd qayğıma qalır.Köməyim, xilaskarım Sənsən,Ey Allahım, ləngimə!
← Chapter 39
Chapter 41 →