bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 29
Psalms 29
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ey ilahi varlıqlar, Rəbbə verin –İzzəti, qüdrəti Rəbbə verin!
2
Adına layiq olan izzəti Rəbbə verin,Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin!
3
Rəbbin səsi suların üzərindədir,Ehtişam Allahı gurlayar,Rəbb ümman suların üzərindədir.
4
Rəbbin səsi qüdrətlidir,Rəbbin səsi əzəmətlidir,
5
Rəbbin səsi sidr ağaclarını sındırar,Rəbb Livan sidrlərini qırar.
6
Livan dağlarını dana kimi,Siryon dağını çöl buğası kimi tullandırar.
7
Rəbbin səsi şimşəkləri çaxdırar,
8
Rəbbin səsi çölləri lərzəyə salar,Rəbb Qadeş çölünü lərzəyə salar.
9
Rəbbin səsi maralları doğuzdurar,Rəbbin səsi meşələri çılpaq qoyar.Məbədində hamı deyər:«Ehtişamlısan!»
10
Rəbb daşan sular üstündəki taxtında oturub,O, əbədi Padşahdır, taxtında oturub.
11
Rəbb Öz xalqına qüvvət verir,O, xalqına firavanlıq və bərəkət verir.
← Chapter 28
Chapter 30 →