bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 28
Psalms 28
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ya Rəbb, Səni səsləyirəm,Ey Qayam, qulağını tıxama.Əgər cavab verməsən,Qəbirə düşənlərə bənzəyərəm.
2
Səni yardıma çağırarkən,Məbədinin ən müqəddəs yerinə tərəf əllərimi qaldırarkən,Yalvarış səsimi eşit.
3
Pislərlə, şər iş görənlərlə birgəMəni dartıb aparma.Onlar qonşuları ilə dost kimi danışır,Lakin qəlblərində şər dolaşır.
4
Əməllərinə, pis işlərinə görəOnların əvəzini ver,Əllərindən gələn bu işlər nəyə layiqdirsə,Onlar üçün ödə.
5
Rəbbin əməllərinə əhəmiyyət vermədiklərinə görə,Onun əllərinin əməllərinə fikir vermədiklərinə görəRəbb onları yerə vuracaq,Bir daha qaldırmayacaq.
6
Alqış olsun Rəbbə,Yalvarış səsimi eşitdi!
7
Rəbb qalam, sipərimdir!Qəlbim Ona güvənəndə köməyimə çatır.Sevincdən qəlbim cuşa gəlir,İlahilərimlə Ona şükür edirəm.
8
Rəbb Öz xalqının gücüdür,Məsh etdiyi insanın nicat qalasıdır.
9
Öz xalqını qurtar,Seçdiklərinə xeyir-dua ver.Öz sürünü otar,Xalqının əbədilik qayğısına qal!
← Chapter 27
Chapter 29 →