bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 30
Psalms 30
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ya Rəbb, Səni ucaldıram,Çünki Sən məni qurtardın,Düşməni mənə görə sevinməyə qoymadın.
2
Ya Rəbb Allahım,Səni imdada çağırarkənMənə şəfa verdin.
3
Ya Rəbb, canımıÖlülər diyarından azad etdin,Qəbirə düşməyim deyəSən mənə həyat verdin.
4
Ey Rəbbin möminləri,Onu tərənnüm edin,Onun müqəddəs isminə şükür edin.
5
Çünki qəzəbi bir anlıq olur,Lütfü isə ömür boyu qalır.Kimin bir gecə gözündən yaş tökülərsə,Onun üçün sübh tezdən sevinc doğar.
6
Dinclik tapanda dedim:«Əsla sarsılmaram».
7
Ya Rəbb, lütfünlə məniBir dağ kimi möhkəm etdin.Sonra məndən üz gizlətdin,Canıma vəlvələ düşdü.
8
Ya Rəbb, Səni çağırdım,Xudavəndə belə yalvardım:
9
«Qanımı töküb qəbirə düşsəm,Sənə fayda verərmi?Torpaq Sənə şükür edə bilərmi,Sədaqətini elan edə bilərmi?
10
Ya Rəbb, dinlə, mənə lütf et,Ya Rəbb, köməyimə çat».
11
Yasımı şənliyə çevirdin,Çulumu çıxarıb məni sevincə bürüdün.
12
Ona görə susmayacağam,Səni ucadan tərənnüm edəcəyəm.Ya Rəbb Allahım,Sənə daim şükür edəcəyəm!
← Chapter 29
Chapter 31 →