bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 20
Psalms 20
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Dar gündə Rəbb sənə cavab versin,Yaqubun Allahının ismi səni hifz etsin!
2
Müqəddəs məskənindən köməyinə çatsın,Siondan sənə dayaq olsun!
3
Bütün təqdimlərindən razı qalsın,Yandırma qurbanların qəbul olunsun!
4
O səni ürəyinin istəyinə çatdırsın,Hər bir niyyətini yerinə yetirsin!
5
Biz sənin zəfərlərinə mədh oxuyarıq,Allahımız naminə bayraqlarımızı qaldırarıq!Rəbb səni hər bir diləyinə çatdırsın!
6
İndi bildim ki, Rəbb məsh etdiyinə zəfərlər verər,Müqəddəs səmasından ona cavab göndərər,Sağ əlinin qüdrəti onu qalib edər.
7
Bəziləri döyüş arabaları, bəziləri atları ilə öyünür,Bizsə Allahımız Rəbbin adı ilə öyünürük.
8
Onlar büdrəyəcəklər, yıxılacaqlar,Bizsə qalxıb dik duracağıq.
9
Ya Rəbb, Sən padşaha zəfər ver,Səni çağırarkən bizə cavab ver.
← Chapter 19
Chapter 21 →