bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 21
Psalms 21
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ya Rəbb, padşah qüdrətinlə sevinir,Zəfərinlə fərəhlənir.
2
Onu ürəyinin arzusuna çatdırmısan,Dilindən çıxan diləyini ondan əsirgəməmisən.
3
Çünki onu yaxşı nemətlərlə qarşılamısan,Saf qızıldan başına tac qoymusan.
4
Səndən həyat istəyəndə ona verdin,Onun ömrünü əbədi olaraq uzatmısan.
5
Ona zəfər çaldıraraq şərəfini ucaltmısan,Ehtişam və əzəmət bağışlamısan.
6
Əbədi olaraq başına nemətlər tökmüsən,Hüzurundakı sevinclə Sən onu fərəhləndirmisən.
7
Çünki padşah Rəbbə güvənir,Haqq-Taalanın məhəbbəti ilə sarsılmazdır.
8
Əlin bütün düşmənlərini tapacaq,Sağ əlin yağıları tutacaq.
9
Ya Rəbb, onlara görünən zamanSən onları soba tək yandıracaqsan,Onları qəzəbinlə yeyib, alovunla udacaqsan.
10
Övladlarını yer üzündən,Gələcək nəsillərini insanlar arasından yox edəcəksən.
11
Çünki pis niyyətlə əleyhinə çıxdılar,Hiylə işlətdilər, amma gücləri çatmadı.
12
Çünki Sən onları geri qovacaqsan,Yay çəkib oxla üzlərini nişan alacaqsan.
13
Ya Rəbb, qoy Sənin uca qüdrətini görək!Əzəmətini ilahilərlə tərənnüm edək!
← Chapter 20
Chapter 22 →