bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 19
Psalms 19
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Göylər Allahın əzəmətini bəyan edir,Göy qübbəsi əllərinin işini elan edir.
2
Hər gün ertəsi günə nəql edir,Hər gecə o biri gecəyə bilik verir.
3
Onların nə nitqi, nə də sözləri var,Onların səsləri eşidilmir.
4
Amma avazları bütün dünyaya yayılır,Sözləri yerin ucqarlarına çatır.Allah günəş üçün göylərdə çadır qurur,
5
Günəş gərdəyindən bəy kimi çıxır,Qaçışa çıxan bir igid kimi şad olur.
6
Bir tərəfdən çıxır, göylərdə dövrə vurur,Heç nə istisindən gizlənə bilmir.
7
Rəbbin qanunu kamildir, canı təzələyir,Rəbbin öyüdü etibarlıdır, nadanı müdrik edir.
8
Rəbbin qayda-qanunları düzdür, ürəyi sevindirir,Rəbbin əmrləri pakdır, gözləri aydın edir.
9
Rəbb qorxusu safdır, əbədi yaşayır,Rəbbin hökmləri haqdır, hamısı ədalətlidir.
10
Onlar qızıldan, bol miqdarda olan saf qızıldan da çox sevilir,Onlar baldan, şanı balından da şirindir.
11
Bəndən bunlardan nəsihət alar,Onlara əməl edənin bol mükafatı var.
12
Kim öz səhvlərini duya bilər?Məni gizli təqsirlərimdən təmizlə.
13
Qulunu aşkar günahlardan qoru,Qoyma onların hökmü altında qalım.Onda kamilliyə çataram,Bütün itaətsizliklərdən ayrılaram.
14
Ağzımdan çıxan sözlər,Qəlbimdəki düşüncələrHüzurunda qəbul olunsun.Ya Rəbb, ey Qayam və Satınalanım!
← Chapter 18
Chapter 20 →