bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 141
Psalms 141
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ya Rəbb, Səni çağırıram, tez imdadıma yetiş,Fəryad edərkən səsimi eşit!
2
Qoy hüzurunda dualarım buxur kimi,Açılan əllərim axşam qurbanı kimi qəbul olunsun!
3
Ya Rəbb, ağzıma nəzarətçi qoy,Dodağımın qapısını qoru.
4
Qoyma qəlbim şərə meyl etsin,Şər iş görənlərə qoşulub mən də pis iş görməyim,Pislərlə birgə onların ləziz yeməklərindən yeməyim.
5
Saleh insan məni vursa, məhəbbətinə görə tənbeh edər,Bundan imtina etmərəm, sanki başıma çəkilən yağdır.Daim pislərin şərinə qarşı dua edərəm.
6
Hakimləri yarğandan atılarkənQoy xalq sözlərimi eşitsin, şirinliyini bilsin.
7
Şumlanan yerdə şırımlara narın torpaq töküldüyü kimiSümüklərimiz ölülər diyarının qapısına səpilib.
8
Ey Xudavənd Rəbb, gözlərimi Sənə dikmişəm,Məni təhlükədə qoyma, Sənə pənah gətirmişəm.
9
Şər iş görənlərin tələsindən,Onların qurduğu cələdən məni qoru.
10
Qoy pislər öz torlarına düşsün,Mən də yolumu salamat keçib-gedim.
← Chapter 140
Chapter 142 →