bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 142
Psalms 142
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Rəbbə fəryad qoparıb haray salıram,Rəbbə yalvararaq haray salıram.
2
Hüzuruna şikayətimi tökürəm,Qarşısında əziyyətimi söyləyirəm.
3
Ruhdan düşəndə hansı yolda olduğumu bildin,Yolumda gizli tələ qurublar.
4
Sağıma bax, Özün gör, heç kim məni saymır,Pənah yerim yoxdur,Heç kim qayğıma qalmır.
5
Ya Rəbb, Sənə fəryad edərək dedim:«Pənahım Sənsən,Dirilər arasında Sən mənim nəsibimsən».
6
Qulaq as fəryadıma,Nə qədər alçaldılmışam!Məni təqib edənlərdən qurtar,Çünki onlar məndən güclüdür.
7
Canımı zindandan qurtar,Qoy isminə şükür edim!Onda salehlər məni əhatə edəcək,Çünki mənə comərdlik etdin!
← Chapter 141
Chapter 143 →