bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 140
Psalms 140
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ya Rəbb, məni şər adamlardan xilas et,Məni qəddar insanlardan hifz et.
2
Ürəklərində pis niyyətləri var,Hər gün dava yaradırlar.
3
Kəskin dilləri ilan tək çalar,Sanki dodaqlarında gürzə zəhəri var.
4
Ya Rəbb, şər insanın əlindən,Qəddar insanlardan məni qoru.İstəyirlər ki, ayağımı büdrətsinlər.
5
Bu təkəbbürlü insanlar mənə tələ qurublar,Tor atıblar, cələlərini yolumun üstünə qoyublar.
6
Rəbbə dedim: «Allahım Sənsən,Ya Rəbb, yalvarıram, Sən məni eşit!
7
Ey Xudavənd Rəbb, Sən qüvvətli Xilaskarımsan,Döyüş günündə başıma dəbilqə qoymusan.
8
Ya Rəbb, qoy pis adam muradına çatmasın,Pis niyyətinə imkan vermə, qoy lovğalanmasın».
9
Ətrafımdakıların ağzından çıxan pis sözlərQoy öz başlarına tökülsün!
10
Qoy onların üstünə yanar közlər tökülsün,Onlar quyuya düşüb, çıxa bilməsin!
11
Qoyma ki bu ölkədə iftiraçı uğur qazansın,Bəlalar qəddarı vursun, onu ovlasın!
12
Bilirəm ki, Rəbb məzlumların məhkəmə işinə baxır,Fəqirlərə haqq qazandırır.
13
Bəli, salehlər Sənin isminə şükür oxuyacaq,Əməlisalehlər hüzurunda yaşayacaq.
← Chapter 139
Chapter 141 →