bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 102
Psalms 102
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Ya Rəbb, bu duama qulaq as,Qoy fəryadım Sənə çatsın.
2
Nə olar, dar günümdə üzünü məndən gizlətmə,Qulaq as, Səni çağırarkən mənə tez cavab ver.
3
Günlərim tüstü kimi çəkilir,Sümüklərim elə bil yanıb közə dönür.
4
Ürəyim kəsilib atılan ot kimi saralıb-solur,Çörək yemək belə, yadımdan çıxır.
5
Ah-zar çəkməkdənBir dəri, bir sümük qalmışam.
6
İndi çöldəki yapalağa bənzəyirəm,Viranəlik bayquşu kimiyəm.
7
Gözümə yuxu getmir,Damda tənha qalan bir quşa bənzəyirəm.
8
Bütün gün düşmənlərim məni təhqir edir,Mənə istehza edənlər adımla lənət oxuyur.
9
Yeməyim çörək yerinə kül olub,İçməyim göz yaşıma qarışıb.
10
Çünki qəzəbindən, hiddətindənMəni götürüb bir tərəfə atmısan.
11
Günlərim axşamın kölgəsi kimi keçir,Bir ot kimi quruyuram.
12
Lakin Sən, ya Rəbb, əbədi taxtında əyləşmisən,Sənin şöhrətin nəsildən-nəslə deyiləcək.
13
Sən qalxıb Siona mərhəmət edəcəksən,Zamanını təyin etdin, indi ona lütf ediləcək.
14
Çünki Sənin qulların onun daşlarını əziz tuturlar,Onun toz-torpağına necə də acıyırlar.
15
Millətlər Rəbbin ismindən,Dünyanın bütün padşahları Onun əzəmətindən qorxacaqlar.
16
Rəbb Sionu yenidən bərpa edəcək,Əzəmətində görünəcək,
17
Yoxsulların duasına qulaq asacaq,Yalvarışlarına xor baxmayacaq.
18
Sonrakı övladları Rəbbə həmd etsin deyəQoy gələcək nəsil üçün belə yazılsın:
19
«Rəbb müqəddəs yüksəklikdən,Göylərdən yer üzünə nəzər saldı;
20
Əsirlərin naləsini eşitmək üçün,Ölümə aparılanları azad etmək üçün».
21
Ona görə Rəbbin ismini Sionda elan edəcəklər,Yerusəlimdə Ona həmdlər söyləyəcəklər
22
Rəbbə xidmət etmək üçün gələrkən,Xalqlar, ölkələr bir yerə gələrkən.
23
Yolda ikən Rəbb gücümü azaltdı,O, ömrümü qısaltdı.
24
Dedim: «Ey Allahım, canımı alma, ömrümün yarısıdır,Sənin illərin nəsillərdən-nəsillərə çatır».
25
Yerin təməlini əzəldən qurmusan,Göylər Sənin əllərinin işidir!
26
Onlar yox olacaq, amma Sən qalacaqsan,Hamısı paltar kimi köhnələcək,Onları geyim kimi dəyişdirəcəksən,Keçib-gedəcəklər.
27
Amma Sən dəyişməzsən,İllərin tükənməzdir.
28
Qullarının övladları yaşayacaq,Nəvə-nəticələri hüzurunda dayanacaq.
← Chapter 101
Chapter 103 →