bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 103
Psalms 103
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Rəbbə alqış et, ey könlüm,Ey bütün varlığım, Onun müqəddəs adına alqış et!
2
Rəbbə alqış et, ey könlüm,Unutma etdiyi yaxşılıqları:
3
Odur bütün təqsirlərini əfv edən,Bütün xəstəliklərinə şəfa verən.
4
Odur həyatını məzara düşməkdən qurtaran,Məhəbbətin, mərhəmətin tacını başına qoyan.
5
Odur ömür boyu səni bərəkəti ilə doyduran,Səni təzələyib gənc, gümrah qartala oxşadan.
6
Rəbb bütün miskinlər üçünHaqq və ədalət edir.
7
Yollarını Musaya,Əməllərini İsrail övladlarına göstərib.
8
Rəbb rəhmli və lütfkardır,Hədsiz səbirli və bol məhəbbətlidir.
9
Həmişə töhmətləndirməz,Qəzəbi sonsuza qədər sürməz.
10
Bizimlə günahlarımıza görə davranmaz,Təqsirlərimizin əvəzini çıxmaz.
11
Çünki göylər yerdən nə qədər ucadırsa,Ondan qorxanlara olan məhəbbəti o qədər böyükdür.
12
Nə qədər şərq qərbdən uzaqdırsa,Qanunsuzluqlarımızı bizdən o qədər uzaqlaşdırıb.
13
Ata övladlarına rəhm etdiyi kimiRəbb də Ondan qorxanlara elə rəhm edir.
14
Çünki necə yarandığımızı bilir,Torpaqdan düzəlməyimizi unutmur.
15
İnsanınsa ömrü bir ota oxşar,Çəmən gülləri kimi çiçək açar,
16
Üstündən yel əsərkən yox olur,Yerində izi belə, qalmır.
17
Rəbbin isə Ondan qorxanlara olan məhəbbəti,Onların övladlarına olan salehliyiƏzəldən var, bu əbədi qalacaq.
18
Onun əhdinə vəfa edənlərə bunları göstərir,Qayda-qanunlarını yerinə yetirənləri unutmur.
19
Rəbb taxtını göylərdə qurub,Hər yerdə hökmranlıq edir.
20
Rəbbə alqış edin, ey Onun mələkləri,Ey Onun sözünə baxıb icra edən qüdrətli igidlər!
21
Rəbbə alqış edin, ey səmanın bütün orduları,İradəsini yerinə yetirən xidmətçiləri!
22
Rəbbə alqış edin, ey Onun yaratdıqları,Ey Onun hökm etdiyi yer üzərində olan bütün varlıqlar!Rəbbə alqış et, ey könlüm!
← Chapter 102
Chapter 104 →