bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Psalms 101
Psalms 101
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Məhəbbətini, həqiqətini tərənnüm edəcəyəm,Ya Rəbb, Sənə ilahi söyləyəcəyəm!
2
Kamillik yolunda müdrik olacağam.Sən yanıma nə zaman gələcəksən?Təmiz ürəklə evimdə yaşayacağam,
3
İyrənc şeylərdən gözümü çəkəcəyəm.Azğınların işlərinə nifrət edirəm,Qoymaram məndən yapışsın.
4
Əyri ürəkdən dönəcəyəm,Şəri tapdalayacağam.
5
Qonşusuna gizlincə böhtan atanı susduracağam,Yuxarıdan baxan lovğa insana dözə bilmərəm.
6
Gözüm ölkənin sadiq insanlarına baxar,Qoy onlar yanımda yaşasın.Kamillik yolu ilə gedənlər qulluğumda dayanar.
7
Fırıldaqçıları sarayımda yaşamağa qoymaram,Yalançını hüzurumda dayanmağa qoymaram.
8
Hər səhər ölkədəki pisləri yox edəcəyəm,Bütün şər iş görənləri Rəbbin şəhərindən kəsib atacağam.
← Chapter 100
Chapter 102 →