bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Isaiah 20
Isaiah 20
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Aşşur padşahı Sarqonun əmri ilə ordusunun başçısı Aşdoda gəlib onu ələ keçirtdiyi ildə
2
Rəbb Amots oğlu Yeşayaya belə dedi: «Get, əynindəki çulunu və ayağındakı çarıqlarını çıxar». Yeşaya elə də etdi, lüt və ayaqyalın gəzməyə başladı.
3
Rəbb dedi: «Misir və Kuş üçün əlamət və ibrət olaraq qulum Yeşaya necə üç il ərzində çılpaq və ayaqyalın dolaşdısa,
4
elə də Aşşur padşahı Misiri xəcalətli etmək üçün Misirliləri əsir, Kuşluları sürgün edib gəncləri, qocaları çılpaq və ayaqyalın, ayıb yerləri açıq aparacaq.
5
Kuşa güvənən, Misirlə fəxr edən xalq qorxacaq və xəcalətə düşəcək.
6
O gün bu sahil boyunca yerləşən ölkənin sakinləri deyəcək: “Aşşur padşahının əlindən qurtulmaq üçün köməyinə güvəndiyimiz, bel bağladığımız xalqların başına gör nələr gəldi! Bəs biz nə cür qurtulacağıq?”»
← Chapter 19
Chapter 21 →