bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Isaiah 21
Isaiah 21
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Dəniz sahilindəki səhra barəsində xəbərdarlıq:Cənubdan necə fırtınalar gəlirsə,Səhradan, dəhşətli ölkədən də elə bir fəlakət gəlir.
2
Dəhşətli görüntü mənə nazil oldu:Xain xainlik edir, viranəçi viran edir.Ey Elam, qalx! Ey Midiya, Babili mühasirəyə al!Babilin bais olduğu bütün fəryadlara son qoyacağam.
3
Gördüklərimdən belimə sancı düşdü,Doğan qadın tək məni ağrı tutdu.Eşitdiklərimdən sarsıldımGördüklərimdən məni vahimə bürüdü.
4
Ürəyim əsir, dəhşət məni bürüyür.Həsrətlə gözlədiyim sübh artıq məni qorxudur.
5
Gördüyüm görüntüdə süfrə hazırlayırlar,Xalçalar sərirlər,Yeyib-içirlər.Qalxın, ey sərkərdələr,Qalxanları yağlayın!
6
Xudavənd mənə belə dedi:«Get, gözətçi təyin et,Qoy o gördüklərini danışsın.
7
Qoşa atlı döyüş arabalarına,Atlara, eşşəklərə, dəvələrə minmişAdamları gördükdə çox diqqət edin».
8
Gözətçi bağırdı: «Ey Xudavənd, gözətçi qülləsində daim duraram,Hər gecə yerimdə növbəmdə olaram.
9
Budur, döyüş arabalarında süvarilər cüt-cüt gəlir».Sonra o çığırdı: «Yıxıldı, Babil yıxıldı!Onun allahlarının bütləri isə yerə düşüb parça-parça oldu».
10
Ey xalqım, ey xırmanda buğda kimi döyülmüş xalqım!İsrailin Allahı Ordular Rəbbindən eşitdiyimi sizə bildirmişəm.
11
Dumabarəsində xəbərdarlıq:Bir nəfər Seirdən məni səsləyir:«Ey gözətçi, gecənin qurtarmağına nə qədər qalıb?Ey gözətçi, gecənin qurtarmağına nə qədər qalıb?»
12
Gözətçi cavab verdi: «Səhərin açılmağına az qalıb,Lakin yenə gecə gələcək.Soruşmaq istəsəniz, yenə gəlin soruşun».
13
Ərəbistan barəsində xəbərdarlıq:Ey Dedan karvanları,Ərəbistan meşələrində gecələyəcəksiniz!
14
Ey Tema sakinləri,Susamışlara su gətirin!Qaçıb qurtulanlara çörək verin!
15
Çünki onlar qılıncdan,Sıyrılmış qılıncdan,Çəkilmiş ox-kamandan, ağır döyüşdən qaçıb.
16
Xudavənd mənə belə dedi: «Tam bir ilin ərzində Qedarın bütün əzəməti qurtaracaq.
17
Oxatanlardan, Qedar nəslinin cəngavərlərindən az qalacaq». İsrailin Allahı Rəbb belə dedi.
← Chapter 20
Chapter 22 →