bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Isaiah 19
Isaiah 19
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Misir barədə xəbərdarlıq:Budur, Rəbb sürətlə gedən buludun üstünə minib Misirə gəlir.Misir bütləri Onun qarşısında titrəyir,Misirlilərin ürəkləri qorxudan əriyir.
2
Rəbb deyir:«Mən Misirliləri Misirlilərə qarşı qaldıracağam,Qardaş qardaşla, qonşu qonşu ilə,Şəhər şəhərlə, ölkə ölkə ilə vuruşacaq.
3
Misirlilərin ruhu qırılacaq, niyyətlərini boşa çıxaracağam.Onlar bütlərdən, ölü ruhlarından, cindarlardan,Ruhçağıranlardan məsləhət istəyəcək.
4
Misirliləri qəddar bir sahibə təslim edəcəyəm,Qüvvətli padşah üzərlərində hökm sürəcək».Sahibimiz, Ordular Rəbbi belə bəyan edir.
5
Nilin suları azalacaq,Çay çəkilib quruyacaq.
6
Çaylar iylənəcək,Misirin arxları boşalıb quruyacaq,Qamışlar və qarğılar çürüyəcək.
7
Nil kənarında, çayın qırağındakı qarğılar,Nil boyunca əkilmiş zəmilər quruyacaq, sovrulub yox olacaq.
8
Balıqçılar, Nilə tilov atanların hamısı ağlayaraq yas tutacaq,Nilə tilov atanların hamısı ağlayacaq,Suya tor salanlar kədərlənəcək.
9
İncə kətan üzərində işləyənlər,Ağ bez toxuyanlar ümidlərini itirəcək.
10
Misirin sütunları qırılacaq,Bütün muzdlu işçilər ruhdan düşəcək.
11
Soan şəhərinin başçıları necə də axmaqdır!Fironun hikmətli vəzirləri ağılsız məsləhətlər verir.Onlar firona necə: «Mən müdriklərin,Qədim padşahların nəslindənəm!» deyə bilər?
12
Ey firon, sənin hikmətli vəzirlərin indi haradadır?Qoy sənə bildirsinlərOrdular Rəbbi Misirə qarşı nə hazırlayıb.
13
Soan başçıları axmaq oldu,Nof rəisləri aldandı,Misir qəbilələrinin başçıları Misiri yoldan azdırdı.
14
Rəbb onların ağlını çaşdırdı.Necə ki sərxoş adam öz qusduğunun ətrafında səndələyirsə,Misir də öz əməllərində belə dolaşır.
15
Misirdə heç kim heç bir iş görə bilməyəcək:Nə baş, nə quyruq və nə xurma budağı, nə də qamış.
16
O gün Misirlilər qadına bənzəyəcək, Ordular Rəbbinin onlara qarşı qalxan əlinin önündə titrəyib dəhşətə gələcək.
17
Yəhuda torpağı Misirliləri dəhşətə gətirəcək. Ordular Rəbbinin Misirə qarşı hazırladığı niyyətə görə Yəhudanın adını eşidən hər kəs vəlvələyə düşəcək.
18
O gün Misirdə Kənan dilində danışan və Ordular Rəbbinin adına and içən beş şəhər olacaq. Onlardan biri Həlak şəhəriadlandırılacaq.
19
O gün Misir ölkəsində Rəbbə qurbangah qurulacaq, sərhədində isə Ona sütun tikiləcək.
20
Bu, Misir torpağında Ordular Rəbbinin əlaməti və şəhadəti olacaq. Onlar zülmkarlardan qurtulmaq üçün Rəbbə fəryad edəcək. O, Misirlilərə xilaskar və müdafiəçi göndərib onları qurtaracaq.
21
Rəbb Özünü Misirlilərə tanıtdıracaq, onlar da o gün Rəbbi tanıyacaq. Misirlilər Rəbbə qurbanlar, təqdimlər gətirəcək, nəzir-niyaz edib yerinə yetirəcək.
22
Rəbb Misirliləri vuracaq və sonra şəfa verəcək. Onlar Rəbbə tərəf dönəcək, yalvarışları qəbul olunacaq və Rəbb onlara şəfa verəcək.
23
O gün Misirdən Aşşura böyük yol olacaq.Aşşurlu Misirə, Misirli Aşşura gedib-gələcək.Misirlilərlə Aşşurlular birlikdə Rəbbə səcdə edəcək.
24
O gün İsrail Misir və Aşşurun yanında üçüncü ölkə olacaq. Dünya bunların sayəsində xeyir-dua alacaq.
25
Ordular Rəbbi onlara xeyir-dua verib deyəcək: «Xalqım Misir, yaratdığım Aşşur, irsim İsrail bərəkətli olsun».
← Chapter 18
Chapter 20 →