bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Isaiah 18
Isaiah 18
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
Kuş çaylarının o tərəfində yerləşən,Qanad vızıltıları eşidilən ölkənin vay halına!
2
Dəniz yolu ilə, qamış qayıqları iləBu ölkə elçilər göndərir!Ey sürətli qasidlər, yola düşün!Çaylarla bölünmüş ölkəyə,Ucaboylu, parlaq dərili millətin,Hər yanda qorxu doğuran xalqın,Güclü və işğalçı millətin yanına gedin!
3
Ey bütün yer üzündə yaşayanlar!Ey dünya sakinləri!Dağların zirvəsinə bayraq dikələndə baxın!Şeypur çalınanda eşidin!
4
Çünki Rəbb mənə belə deyir:«Günəş şüalarından yaranan qızmarlıq kimi,Biçin vaxtının istisində şeh buludu kimiSakitcə məskənimdən baxacağam».
5
Çiçəklənmə qurtarıb məhsul yığımından əvvəlÜzümlər qora bağlayandaO, bağ qayçıları ilə pöhrələri kəsəcək,Şaxələnmiş budaqları qırıb atacaq.
6
Hamısı dağın yırtıcı quşlarına,Yerin vəhşi heyvanlarının qarşısına atılacaq.Yayda yırtıcı quşlara,Qışda bütün vəhşi heyvanlara yem olacaq.
7
O vaxt çaylarla bölünmüş ölkəUcaboylu, parlaq dərili xalq,Hər yanda qorxu doğuran xalqGüclü və işğalçı millətOrdular Rəbbinə,Ordular Rəbbinin adını qoyduğu yerə –Sion dağına xərac gətirəcək.
← Chapter 17
Chapter 19 →