bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Azerbaijan
/
Azerbajani (Azərbaycan Bibliyası 2008)
/
Hosea 7
Hosea 7
Azerbajani (Azərbaycan Bibliyası 2008)
1
İsrailə şəfa vermək istəyəndəEfrayimin günahları,Samariyanın pislikləri ortaya çıxır.Çünki hiylə ilə davranırlar.Evlərə oğru girir,Küçədə quldur soyğunçuluq edir.
2
Ürəklərində düşünmürlər ki,Mən onların bütün pisliklərini yada salıram.İndi günahları onları dövrələyib vəGözümün önündədir.
3
Padşahı pislikləri ilə,Başçıları yalanları ilə sevindirirlər.
4
Hamısı zinakardır,Yoğrulan xəmir acıyana qədərTəndirçinin odunu qurdalamağa ehtiyac görmədiyiSoba kimi şəhvətlə yanırlar.
5
Padşahımızın ad günündəBaşçılar şərabın atəşindən xəstələndi,Padşah da istehzaçılarla əl-ələ verdi.
6
Pusquda yatarkənÜrəkləri soba kimi qızar.Qəzəbləri bütün gecə için-için yanar,Səhər də alovlu atəş kimi parlayar.
7
Onların hamısı soba kimi qızışıbÖz hakimlərini həlak etdi.Bütün padşahları yıxıldı,Aralarında Məni çağıran yoxdur.
8
Efrayim başqa xalqlara qarışır;Efrayim bir üzü çiy qalan kökədir.
9
Onun gücünü özgələr yedi,O isə bilmir,Saçına dən düşüb,O isə bilmir.
10
İsrailin qüruru özünə qarşı şəhadət edir.Ancaq yenə də özlərinin Allahı Rəbbə tərəf dönmür,Onu axtarmırlar.
11
Efrayim səfeh və dərrakəsiz bir göyərçin kimidir.Gah Misirliləri çağırır,Gah Aşşura gedirlər.
12
Onlar gedən zamanMən onların başına torumu atacağam.Göydəki quşlar kimiOnları vurub yerə salacağam.İcmalarında bildirildiyi kimiOnları cəzalandıracağam.
13
Vay onların halına!Çünki Məndən uzaqlaşdılar.Başlarına bəla gəlsin!Çünki Mənə qarşı üsyan etdilər.Mən onları qurtarmaq istəyirdim,Onlarsa Mənə böhtan deyir.
14
Ürəkdən Mənə fəryad etmirlər,Ancaq yataqlarının içində ulayırlar.Taxıl və təzə şərab üçün özlərini yaralayırlar,Amma Məndən üz döndərirlər.
15
Mən onlara nəsihət verdim,Qollarına güc verdim.Onlarsa Mənə qarşı qəsd qurur.
16
Onlar üz tutur,Ancaq ucalara tərəf yox.Hədəfi əyri vuran kamana bənzəyirlər.Dillərinin arsızlığı üzündənBaşçıları qılınca tuş gələcək.Buna görə də MisirdəKinayə hədəfi olacaqlar.
← Chapter 6
Chapter 8 →